12:49, 04 Oktyabr 2019 (Cümə) 72

“Korrupsiya ilə mübarizə tələbi və gənclərin gələcəyindən narahatlıq düzgün tələblərdir" - İraqın baş naziri

“Korrupsiya ilə mübarizə tələbi və gənclərin gələcəyindən narahatlıq düzgün tələblərdir


/ DÜNYA
İraqın baş naziri Adel Abdel Mahdi deyir ki, etirazçıların korrupsiyaya son qoymaq tələbi "düzgündür”.

Bu barədə Azadlıq Radiosu məlumat yayıb. Adel Abdel Mahdi oktyabrın 4-də səhər televiziyayla çıxışında vətəndaşlara deyib ki, "sizin islahatlar və korrupsiyayla mübarizəylə bağlı tələbləriniz bizə çatıb”.

O əlavə edib ki, "Korrupsiya ilə mübarizə tələbi və gənclərin gələcəyindən narahatlıq düzgün tələblərdir və biz hər bir qanuni xahişə cavab verəcəyik”.

Baş nazir "boş vədlər” verməyəcəyini, yaxud qısamüddətli həll yolları təklif etməyəcəyini vurğulayıb.

Adel Abdel Mahdi əhalini dinc etirazların xaosa çevrilməsini önləməyə çağırıb. O xəbərdarlıq edib ki, epidemik korrupsiyanın "sehirli həll” yolu yoxdur. Yoxsul ailələrə baza gəliri ayıracaq qanun qəbul etmək və hökumətdə dəyişikliklər vədi verib.

Bağdadda və ölkənin müxtəlif şəhərlərində hökumətə qarşı üç gündür davam edən etirazlarda azı 31 nəfər öldürülüb, 1400 nəfər yaralanıb.