İqtisadiyyat

"Kriminal elementlərin arxasında güclü məmur dəstəyi durur"

20 Noyabr, 2018
1540
"Bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2641 fakt aşkar edilib ki, onlardan 834-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1527-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 229-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 51-i isə digərləri təşkil edib”.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin  Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəsmi açıqlamasında belə deyilir. Məlumatda bildirilir ki, aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 179 kq 111,716 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 10140 ədəd çətənə kolu müsadirə olunub.

Baş nazirin müavini Əli Həsənov isə BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasında deyib ki, 2018-ci ilin 10 ayı ərzində 2 min 655 fakt üzrə 2 ton 286 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Onlardan 1 ton 177 kiloqramını heroin təşkil edib.

Bəs, görəsən, bu işlə məşğul olanlar kimlərdir? Kimlər bunu ölkəyə gətirir?

İqtisadçı Natiq Cəfərli Toplum Tv-nin suallarını cavablandırarkən deyib ki, kriminal elementlərin arxasında bir çox halda güclü məmur dəstəyi durur: "Belə olmasa,  daha çox həcmdə narkotikin Azərbaycandan keçirilərkən yaxalanması  və dövriyyədən çıxarılmasının şahidi olarıq. Azərbaycan yerləşdiyi coğrafi mövqe baxımından narkodillerlər üçün cəlbedicidir”

Onun sözlərinə görə, əslində narkotik dünyanın ən böyük bəlalarından biridir: "Bir çox insan üçün böyük gəlir mənbəyi olduğundan təhlükəli olsa da, cəlbedicidir. Qısa zaman kəsimində böyük pul qazanmaq istəyənlər bu yola baş vururlar. Azərbaycan da narkotraffikin keçdiyi coğrafi bölgədə yerləşir, Əfqanıstandan, İrandan, narkotiklərin daha çox istehsal olunduğu və dünyaya çıxarıldığı bölgələrdən keçən yolların üzərindədir. Ona görə də narkodillerlər üçün cəlbedici  tranzit məkanıdır. Praktika da göstərir ki, bir çox halda  səlahiyyəti, vəzifəsi olan insanların birgə fəaliyyəti  bu kriminal vəziyyətə şərait yaradır. Kriminal aləm bu işləri rəsmi məmurların dəstəyi ilə görməyə çalışır. Dünyanın hər yerində belədir, Azərbaycanda da çox güman ki, bunun elementləri var. Azərbaycan sadəcə trafikin üzərində yerləşdiyi üçün  böyük həcmdə narkotiklərin  keçməsindən başqa kiçik  tranzit xətt də Azərbaycan üzərindən keçir. Bu səbəbdən narkotiklə bağlı kriminal xəbərlərin sayı daha çoxdur. Xəbərlərin sayının çox olmasının səbəbi Azərbaycanın narkotranzit xətdə yerləşməsidir. Amma kiçik həcmli narkotiklə məşğul olan və bu tranziti həyata keçirən qrupların adı çəkilsə də, böyük narkobaronların adlarını nə xronikada, nə də həbs olunanların siyahısında görmürük. Və bu, onu deməyə əsas verir ki, belə krimainal elementlərin arxasında güclü məmur dəstəyi var. Amma yeri gəlmişkən, ədalət naminə onu da demək lazımdır ki, ötən illərə nisbətən, son 2 ildə  bu sahədə müəyyən  irəliləyiş də var, istər saxlanılanların sayında, istərsə də dövriyyədən çıxan narkotiklərin miqdarında”.

Natiq Cəfərli deyir ki, məsələnin həlli yolunda dünya praktikasında iki növ yanaşma var: "Birincisi ondan ibarətdir ki, yüngül narkotiklər legallaşdırılsa, bu kriminaldan çıxaraq dövlətin rəsmi orqanlarının rəsmi nəzarətinə keçər və yüngül narkotiklərin legallaşdırılması bir çox halda narkotrafikin zəifləməsinə səbəb olar. Yəni bunun cəlbediciliyi itir və dövlətin təkəlləşməsi nəticəsində bu iş kriminal aləmin əlindən qazanc mənbəyi olaraq çıxır. İkinci yanaşma isə ondan ibarətdir ki, istehlak edənlərə cinayət işi açılmır, hər hansı bir şəkildə təqib olunmurlar, müalicə yolu ilə bu işdən kənarlaşdırılmaları baş verir, bu da istehlakçıların sayını azaldır. İstehlakçıların sayının azalması satanların da sayının azalmasına səbəb olur. Mənə elə gəlir ki, bu yolların  hər ikisi haqqında düşünmək olar”.

Ekspertin fikrincə, bir çox ölkənin praktikası da göstərir ki, cəzaların sərtləşdirilməsi effektiv yol deyil. Sosial tədbirlər alınmalıdır: "Bizdə hələ ki nə yüngül narkotiklərin leqallaşdırılması məsələsi var, qonşu Gürcüstanda artıq  bununla bağlı addım atılıb. Amma bizdə bu barədə heç müzakirə də açılmayıb. Dekriminalizasiya məsələsi sona çatdırılmayıb. Yəni istifadə həcminin azaldılması çox kiçik də olsa baş verdi, yəni həddindən artıq kiçik həcmlərdə istifadə edənlər kriminal məsuliyyətdən azad edildi, amma bunun ikinci hissəsi çox zəif aparılıb. İkinci hissəsinin ictimailəşdirilməsinə ehtiyac var”.

Ekspertin sözlərinə görə, ölkədə qanunvericilik təşəbbüsü olan Milli Məclis, prezident, Konstitusiya Məhkəməsi və digər qurumlar var, hətta vətəndaşların belə imkanı var ki, bu sərt qanunların dəyişdirilməsi ilə bağlı təşəbbüs göstərsinlər.

"Bu dəyişiklik, əlbəttə ki, Milli Məclis tərəfindən olsa, effektiv olar. Birinci qanunlar dəyişdirilməli, sonradan reallıq qanunlara uyğunlaşdırılmalıdır. Milli Məclisdə də elə qruplar ola bilər ki, bunda marağı olmasın. Amma mən inanıram ki, bu bəlanın  gənclərin gələcəyi ilə bağlı ciddi təhdid olması ehtimalını da nəzərə alsaq, Milli Məclisdə də elə bir qrup tapıla bilər ki, bu həll yolunu təklif etsin”, - iqtisadçı vurğulayıb.

Əminə Məmmədova
ToplumTV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo