14:39, 18 Mart 2019 (Bazar ertəsi) 310

Külək paytaxtda fəsadlar törədib

Külək paytaxtda fəsadlar törədib
Martın 17-dən 18-nə keçən gecədən Bakıda güclənən şimal küləyi bəzi fəsadlara yol açıb.

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin rəisi Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, ən ağır fəsad Nərimanov rayonunda qeydə alınıb.

«Belə ki, hündür sərv ağacı kökündən qoparaq iki minik maşının üzərinə aşaraq avtomobilləri əzib», - idarə rəisi bildirib.

O.Məmmədov deyib ki, bundan əlavə, 15 ağacın budaqlarının qırılması, əyilməsi kimi hallar yaşanıb: «Suraxanı rayonunda belə 4, Xətai rayonunda 3, Nizami rayonunda 4, Səbail və Nizami rayonlarının hər birində 2 oxşar hal yaşanıb».

Martın 17-dən 18-nə keçən gecədən Bakıda güclü külək əsir. Sinoptiklər əvvəlcədən bildirmişdilər, arabir küləyin gücü saniyədə 28 m/s-dək yüksələcək.

Azadlıq Radiosu