14:16, 06 Dekabr 2018 (Cümə axşamı) 92

Küləkli hava gözlənilir

Küləkli hava gözlənilir
Dekabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir.
 
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 4-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacağı təxmin edilir.