11:17, 25 Oktyabr 2020 (Bazar) 152

Laçın uğrunda döyüşlər gedir

Laçın uğrunda döyüşlər gedir
Oktyabrın 24-də və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. 

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda həmçinin bildirilir ki, erməni silahları birləşmələri Azərbaycan ordusunun bölmələrini atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub.
 
Azərbaycan ordusu nəzarətə götürülən əraziləri genişləndirib,
cəbhənin Xocavənd, Qubadlı və Laçın istiqamətlərində yeni mövqelərə irəliləyib.