11:24, 11 May 2019 (Şənbə) 42

Laşa Darsalia: "Sərhədinin delimitasiyası üzrə komissiyanın ilk iclası Bakıda keçiriləcək"

Laşa Darsalia:
Bu barədə komissiyanın Gürcüstan tərəfindən olan sədri, xarici işlər nazirinin müavini Laşa Darsalia azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

O, mayın 14-də Bakıya səfər edəcəyini bildirib: "Mayın 15-də komissiyanın ilk iclası baş tutacaq. Mən azərbaycanlı həmkarımla görüşəcəm. Biz çətin, lakin həlli mümkün olacaq məsələni müzakirə edəcəyik”.

L.Darsalia qeyd edib ki, hazırkı mərhələdə Gürcüstan tərəfindən komissiyada dövlət qurumları ekspertlər səviyyəsində təmsil olunublar.

XİN rəsmisi bildirib ki, Gürcüstan-Azərbaycan münasibətlərində heç bir problem yoxdur: "Ölkələr arasında müzakirə olunan məsələlər var. Əminəm ki, hər iki ölkə bir-birinin maraqlarını nəzərə alaraq, istənilən məsələni yoluna qoya bilər”.

Gürcüstan hökumətinin bugünkü iclasında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibi təsdiqlənib.
 
Report.az