15:51, 12 İyul 2019 (Cümə) 38

Laşa Darsalia: “Şərq tərəfdaşlığı” ölkələrində olan münaqişələr inkişafa mane olur”

Laşa Darsalia: “Şərq tərəfdaşlığı” ölkələrində olan münaqişələr inkişafa mane olur”
"Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrdə mövcud münaqişələr ümumi inkişafa mane olur”.

 "Report.az" xəbərinə görə, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

O deyib ki, "Şərq tərəfdaşlığı” təşəbbüsü çox önəmlidir: "Proqram iştirakçı ölkələrə əlavə imkanlar verir. Əlbəttə ki, münaqişələr olmasaydı, tərəfdaş ölkələrdə daha çox proqram və layihələr həyata keçirilə bilərdi”.

L.Darsalia qeyd edib ki, Azərbaycan və Gürcüstan "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində sıx əməkdaşlıq edir: "Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də çoxtərəfli formatda çox intensiv əməkdaşlıq edir. İstənilən çoxtərəfli format iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün əlavə imkandır”.