21:52, 17 Oktyabr 2020 (Şənbə) 57

Lavrov Azərbaycanla Ermənistanı atəşkəsə əməl etməyə çağırdı

Lavrov Azərbaycanla Ermənistanı atəşkəsə əməl etməyə çağırdı
Oktyabrın 17-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib.

Bu barədə "RİA novosti” məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya XİN rəhbəri tərəflərin humanitar məqsədlər üçün atəşkəsə dair Moskva razılaşmalarına ciddi əməl edilməsinin vacibliyini vurğulayıb.

Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında münaqişə alovlanıb, döyüşlər gedir. Azərbaycan Cəbrayıl, Füzuli şəhərlərini, Hadrutu, onlarla kəndi, əhəmiyyətli yüksəklikləri işğaldan azad etdiyini bildirir.

Oktyabrın 10-da tərəflər humanitar atəşkəs haqda razılıq əldə etsələr də, tərəflər onun pozulmasında bir-birini ittiham edir.

Oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.