16:19, 24 İyun 2019 (Bazar ertəsi) 69

Lənkəran Dövlət Universitetinin sessiyasında dərs zamanı tələbələrin halı pisləşib

Lənkəran Dövlət Universitetinin sessiyasında dərs zamanı  tələbələrin  halı pisləşib
Lənkəran Dövlət Universitetinin 7 tələbəsinin halı pisləşib. 

Bu barədə "Report.az" xəbər verib.

Xəbərdə bildirilir ki, ali təhsil müəssisəsində maliyə və iqtisadiyyat ixtisasları üzrə qiyabi təhsil alan II kurs tələbələri  halı pisləşib. Bundan sonra LDU-nun daha 6 qiyabi təhsil alan tələbəsi xəstəxanaya müraciət edib. 

LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımov bildirib ki, ali təhsil müəssisəsində qiyabi təhsil alan dörd tələbənin dərs zamanı halı pisləşib: "Halı pisləşən bir tələbə üçün  Təcili Tibbi Yardım Çağırılıb, digər 3 tələbə müəllimlərin köməyilə xəstəxanaya aparılıb. Onların müayinə və müalicəsi nəzarətimizdədir. Artıq bir nəfər evə buraxılıb". 

Qeyd edək ki, daha 3 tələbənin yaşadığı evdə halı pisləşdiyi üçün Lənkəran Rayon Mərkəzi Xəıstəxanasına müraciət ediblər. 

İlkin ehtimala görə, tələbələri gün vurub. 

Lənkəran Dövlət Universitetinin halı pisləşən 7 nəfər tələbənin şəxsiyyəti məlum olub. 

1. Kərimli Ulduz Elçin qızı, 2000-ci il təvəllüdlü, Yardımlı

2. Əzizova Qumral Cahangir qızı, 1999-cu il təvəllüdlü, İmişli

3. Rzazadə Ləman Səfər qızı, 2000-ci il təvəllüdlü, Biləsuvar

4. Cəlilova Ədilə Şamil qızı, 1998-ci il təvəllüdlü, Şabran

5. Nəzərova İlahə Namik qızı, 1997-ci il təvəllüdlü, Bakı

6. İbrahimova Aygün Fizuli qızı, 1999-cu il təvəllüdlü, Cəlilabad

7. Ağazadə Ülviyyə Mübariz qızı, 1998-ci il təvəllüdlü, Bərdə

Son məlumata görə, digər tələbələrin də vəziyyəti stabilləşib.