15:30, 16 Noyabr 2020 (Bazar ertəsi) 189

Lətif Məmmədov: "Məni təhdid etdilər"

Lətif Məmmədov:
İctimai fəal Lətif Məmmədov noyabrın 14-də DTX-ya çağırıldığını deyir. 

Bu barədə fəal  "Toplum TV"yə danışıb.

O deyib ki, özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən şəxs ona zəng edib və sözügedən quruma çağırıb: "Təxminən saat 18-00-da mənə zəng gəldi. Dedilər ki, 1 saata DTX-nın qabağında ol". 

İctimai fəal bildirib ki, onun çağırılmasına səbəb kimi müharibə əleyhinə yazıları göstərilib və indi belə yazıların yeri olmadığı deyilib: "Dedilər ki, yenə də belə etməyə davam etsən, sənə qarşı sərt addımlar atacağıq. Guya Qiyasın təşkilatına qoşulduğumu iddia edirdilər".

Məmmədov DTX-də fiziki təzyiqə məruz qaldığını da deyib.

Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsindən ictimai fəalın iddiasını təkzib edilib, onu tanımadıqlarını bildiriblər.

Mira Rəcəbli