13:15, 14 İyun 2019 (Cümə) 79

Levan Davitaşvili: "Azərbaycandan taxıl biçini üçün yardım istəyəcəyik”

Levan Davitaşvili:
"Gürcüstan taxıl biçini üçün lazım gələrsə, qonşu və qardaş Azərbaycandan yardım istəyəcək”.

"Report.az” bu barədə bürosu xəbər verir, bunu Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, bu il həm Gürcüstan, həm də Azərbaycanda əkin sahələrində yüksək məhsuldarlıq var: "Məhsulu vaxtında və itkisiz yığmaq üçün əlimizdən gələni edirik. Biz keçən illərdə taxıl biçini zamanı Azərbaycandan texniki yardım almışıq. Əgər lazım gələrsə, bu il də qonşu və qardaş Azərbaycandan yardım istəyəcəyik. İnanıram ki, azərbaycanlı dostlarımız yenə də köməyini əsirgəməyəcək”.

O, bildirib ki, Gürcüstan digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də Azərbaycanla səmərəli əməkdaşlıq edir: "Hər iki ölkənin ekspert və mütəxəssisləri bitkiçilik və heyvandarlıq sahələrində məhsuldarlığı artırmaq, eləcə də qida təhlükəsizliyinə nail olmaq üçün birgə tədbirlər həyata keçirirlər”.

Nazir əlavə edib ki: "Bildiyim qədər Azərbaycan tərəfi də Gürcüstanla həmsərhəd bölgələrdə bu kimi ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görür. Lazım gəlsə, biz ziyanvericilərə qarşı birgə mübarizə ilə əlaqədar Azərbaycana müraciət edəcəyik. Ziyanvericilərə qarşı birgə mübarizə daha böyük effekt verə bilər”.