19:22, 08 İyul 2019 (Bazar ertəsi) 124

Ölkədə internet problemi var

Ölkədə internet problemi var
Son günlər Bakıda, habelə bir sıra rayonlarda internet sürətinin aşağı düşməsi ilə bağlı xəbərlər yayılmaqdadır.

Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Toplum.Tv-yə bildirib ki,  Azərbaycanda internetin verilməsində heç bir problem yoxdur.

Nazirlikdən bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "İnternetin işində problemin yaranması barədə bəzi xəbər saytlarında dərc olunmuş xəbərlər həqiqəti əks etdirmir".

Məlumata görə, internet provayderlerin işində problem olması bütün ölkə üçün keçərli deyil: "Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün hesab olunmur".

"CityNet"dən isə Toplum.Tv-yə bildirilib ki, problem internet-provayderlə bağlı deyil, ümumilikdə ölkə üzrədir.

Əbülfət Baxşəli