22:18, 11 Oktyabr 2018 (Cümə axşamı) 1038

Ölkəyə qayıdan mühacir həbs olunub

Ölkəyə qayıdan mühacir həbs olunub

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının üzvü Azad Həsənli həbs olunub.

Bunu Toplum.tv-yə Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı deyib.

O bildirib ki, müsavatçı fəal atasının səhhətinin ağır olması ilə əlaqədar ölkəyə qayıdıb: "O, dünən ölüm ayağında olan atasını görmək üçün mühacirətdən vətənə dönüb və bu gün səhər saatlarında həbs olunub".

Siyasi fəal qısa müddətli həbslərə məruz qalıb. Həbs hədələrinə görə ölkəni tərk edib. 2014-cü ilin fevral ayında Litvada siyasi oturum alıb və o vaxtdan bəri ölkəyə gəlməyib.

Səxavət Soltanli bildirib ki, Azad Həsənli anası vəfat edən zaman da ölkəyə  gələ bilməmişdi.

Türkan Bəşir 
Toplum TV