18:54, 10 Yanvar 2021 (Bazar) 61

Makronla Putin arasında Qarabağla bağlı telefon danışığı olub

Makronla Putin arasında Qarabağla bağlı telefon danışığı olub
Emanuel Makron, Vladimir Putin
FOTO: ft.com 
 
ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin əlaqələndirilməsi çərçivəsində Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı olub.
 
Bu haqda yanvarın 10-da Kreml məlumat yayıb.

Telefon danışığnda yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada baş tutacaq görüşünün, noyabrın 10-da imzalanmış üştərəfli bəyanatın icrasının, regionda sülhün təmin olunması istiqamətində gələcəkdə atılacaq addımların müzakirə edildiyi deyilir.

E. Makron Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə göstərdiyi səylərə dəstəyini ifadə edib. Tərəflər əsas diqqəti döyüşlərdən əziyyət çəkmiş əhaliyə humanitar yardımlara, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların roluna yönəldiblər.

Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.