Siyasət

“Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyində naşı insanlar oturub” – Hüquqşünas

21 May, 2019
544
Əkrəm Həsənov: "Rəhbər şəxslər o qədər savadsızdır ki...”

"Ötən həftənin sonu ölkənin maliyyə sektorunda misli görünməyən hadisə baş verib. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış müqavilələrin qanunvericiliyə uyğun olmadığını əsas gətirərək, "Azərsığorta”nın  lizenziyasını həmin sığorta növü üzrə baş verən nöqsanlar və uyğunsuzluqlar aradan qaldırılana qədər məhdudulaşdırıb”. 

Bunu hüquqşünas Əkrəm Həsənov feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, "”Azərsığorta” bəyanat yayıb ki, Palata mədudiyyəti aradan qaldırıb: "Sonra verilən məlumatı təkzib edərək, mədudiyyətin qüvvədə olduğunu bildiriblər. Ümumən son zamanlar Palatanın lisenziya məhdudlaşdırması və bir qədər sonra qərarını ləğv etməsi adi hal alıb (oyuncağa çeviriblər bunu!). Məsələn, 13 apreldə analoji məhdudiyyəti "Atəşgah” Sığorta Şirkətinə tətbiq etmiş, 29 apreldə isə aradan qaldırıb”.

Ekspert deyib ki, "Azərsığorta” tətbiq edilmiş məhdudiyyət hələ də qüvvədədir: "Lakin sığortaçı hələdə avtomobil sığortası fəaliyyəti ilə məşğuldur. İcbari sığortanın saytı da bu məlumaı doğrulayur”. 

Başqa bir məsələyə diqqətçəkən ekspert yazıb ki,  "Azərsığorta” Naxçıvan  Muxtar Respublikasında sığorta ilə məşğul olan tək şirkətdir: "Bu məhdudiyyət Muxtar Respublikada sığorta fəaliyyətini iflic edib. Belə ki, avtomobilin icbari sığortalarının bağlanması və gömrükdən çıxmalarına əngəl yaranıb. Baş verənlərə görə geri çəkilən Palata bütövlükdə qərarı ləvğ etməsə də, Naxçıvandakı fəaliyyətə göz yumur”.

"Palatanın rəhbərliyində o qədər naşı insanlar oturub ki, heç ölkənin sığorta bazarından xəbərləri belə yoxdur. Ən azı Naxçıvandan xəbərləri yoxdur. Həmin rəhbər şəxslər o qədər savadsızdır ki, sığortaçıya qadağan edilən fəaliyyət növünün filialı tərəfindən aparılmasına faktiki razılıq veriblər. Halbuki hər bir filial yalnız mənsub olduğu hüquqi şəxsin fəaliyyətini tam və ya qismən həyata keçirə bilər. Sonra da deyirik ki, maliyyə sektorumuz niyə bu gündədir”, - ekspert qeyd edib. 

Ekspertin fikrincə, 17 maydan Naxçıvanda avtomobillər üçün bağlanılan əqdlər qanunsuzdur: "Sığortaçının lisenziyasında mədudiyyət varsa, bu zaman avtomobilləri sığorta edə bilməz”.


Qanunvericiliyə görə, mayın 17-dən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta”) tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri qanunvericiliyə uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar ona verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə həmin sığorta növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə sözügedən sığorta şirkətinin sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
 
Mübariz Əhməd 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo