19:07, 26 İyun 2019 (Çərşənbə) 87

Mariya İonova: ''Rusiyalılar olan zalda biz özümüzü görmürük''

Mariya İonova: ''Rusiyalılar olan zalda biz özümüzü görmürük''


/ DÜNYA
Rusiyanın Avropa Şurası Parlament Assambleyası çərçivəsində bütün hüquqlarının bərpasından sonra Ukrayna nümayəndə heyəti qurumda fəaliyyətini dayandıra bilər.

Ukrayna mətbuatının məlumatına görə, bunu Ali Radanın avrointeqrasiya məsələləri üzrə komitəsinin sədrinin vəzifələrini icra edən Mariya İonova deyib.

"Biz özümüzü rusiyalılarla bir zalda görmürük. Biz sadəcə olaraq iştirakımızı dayandıracağıq. Onlar zalda qalsalar biz oranı tərk edəcəyik. Qoy özləri AŞPA Baş katibini seçsinlər. Rusiya nümayəndə heyətinin 11 üzvündən 6-ı beynəlxalq sanksiyalar altındadırlar”, - o deyib.

Ruisyanın AŞPA-ya qayıtması üzrə qərara Azərbaycan nümayəndə heyəti də tam tərkibdə səs verib.

Meydan.Tv