10:07, 09 İyul 2019 (Çərşənbə axşamı) 78

Masallıda yük maşını ilə mikroavtobus toqquşub - Ölənlər var

Masallıda yük maşını ilə mikroavtobus toqquşub - Ölənlər var
Masallı rayonunda yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Bu barədə "Report.az" xəbər verib.

Xəbərə görə hadisə nəticəsində 8 nəfər ölüb.

Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Bir nəfər müxtəlif dərəcəli xəsarətlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.

Bildirilir ki, qəzaya düşənlər iki ailənin üzvləridir və toya gedirlərmiş.