14:16, 20 Noyabr 2019 (Çərşənbə) 108

Masallıya yeni icra başçısı təyin olunub

Masallıya yeni icra başçısı təyin olunub
Prezident İlham Əliyev Şahin Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Prezidentin digər sərəncamı ilə Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.