11:55, 19 İyun 2019 (Çərşənbə) 131

Masazırda elektrik enerjisi fasilələrlə veriləcək

Masazırda elektrik enerjisi fasilələrlə veriləcək
İyunun 19-da saat 13.30-dan 15.30-dək 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə "Trend" xəbər verib.

Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Yaranmış narahatçılığa görə, "Azərişıq” ASC istehlakçılarından üzr istəyir.