12:27, 02 Aprel 2020 (Cümə axşamı) 163

Maska taxmayanlar qaydanı pozmuş sayılır?

Maska taxmayanlar qaydanı pozmuş sayılır?
"Vətəndaşların qoruyucu vasitələrindən istifadəsi mütləqdir".

"Report" məlumat verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, polislər də bunu vətəndaşlardan tələb edir:

"Karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir".