12:58, 16 Oktyabr 2020 (Cümə) 199

Mayk Pompeo: "Vaşinqton ümid edir ki, ermənilər Dağlıq Qarabağda özlərini müdafiə edə biləcəklər"

Mayk Pompeo:


/ DÜNYA
"Vaşinqton ümid edir ki, ermənilər Dağlıq Qarabağda özlərini müdafiə edə biləcəklər", – bu sözləri ABŞ-ın Dövlət katibi Mayk Pompeo WSB kanalına açıqlamasında deyib. 

O həmçinin qeyd edib ki, münaqişə dinc şəkildə və üçüncü tərəfin iştirakı olmadan həll edilməlidir. 

"Türkiyə Azərbaycana resurs köməyi etməklə münaqişəyə müdaxilə edib və Qarabağdakı toqquşmaların kəskinliyini artırıb. Biz ümid edirik ki, bütün tərəflər danışıqlar masasına oturmaqla bu çətin məsələni yoluna qoymağa çalışacaqlar", - Pompeo belə deyib.