15:07, 10 Avqust 2018 (Cümə) 241

MBNP: Valyuta satışı ilə bağlı vəziyyət nəzarət altındadır

MBNP: Valyuta satışı ilə bağlı vəziyyət nəzarət altındadır
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta satışı ilə bağlı vəziyyəti nəzarət altına götürüb.

Bunu "Report”a açıqlamasında Palatanın sözçüsü Elşən Allahverdiyev deyib.

"Banklarla valyuta almaq istəyənlər limitlə üzləşdikləri halda MBNP-yə müraciət edə bilərlər. Banklar kifayət qədər valyuta resurslarına malikdirlər və satışda heç bir problem yoxdur”, - deyə o, qeyd edib.