Siyasət

MDB PA-nın müşahidəçiləri parlament seçkiləri üzrə monitorinqlərə başlayıb

15 Yanvar, 2020
450
Yanvarın 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası (MDBP) Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) direktor vəzifəsini icra edən Yekaterina Qoloulinanın rəhbərliyi ilə həmin qurumun əməkdaşlarından ibarət beynəlxalq müşahidəçilər qrupunun üzvləri Bakıda Milli Məclisə növbədənkənar seçkilər üzrə seçki kampaniyasının gedişinin müşahidəsinə başlayıb. 

Qurumdan "Report"a verilən məlumata görə, uzunmüddətli monitorinq mərhələsində həyata keçirilən tədbirlərdə yerli müşahidəçi statusuna malik olan MDB PA DİMBİ Bakı filialının əməkdaşları da iştirak edirlər.

Uzunmüddətli monitorinq proqramına əsasən, yanvarın 14-də MDB PA-dan olan müşahidəçilər Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə görüşüb.

Mərkəzi Seçki Komissiyasında görüş zamanı Məzahir Pənahov MDB PA nümayəndələrini Milli Məclis deputatlığına namizədlərin qeydiyyatı, seçici siyahılarının formalaşması mərhələsində Komissiyanın fəaliyyəti, məntəqə və dairə seçki komissiyaları üzvlərinin təlimi, seçki prosesinin bütün iştirakçılarının hüquq mədəniyyətinin artırılması üçün həyata keçirilən tədbirlər barədə məlumatlandırmışdır. Qonaqlar deputatlığa namizədlər və onların vəkil edilmiş şəxsləri, məntəqə seçki komissiyalarının üzvləri, eləcə də KİV nümayəndələri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan metodiki materiallar, məlumat-yaddaş kitabçaları ilə tanış olub.

MDB PA nümayəndələri öz növbələrində 2016-cı ildən sonra Azərbaycan Respublikasının Seçki Məcəlləsinə edilən dəyişikliklər, 17 yanvar 2020-ci il tarixdə start veriləcək seçkiqabağı təşviqatın aparılmasına dair bir sıra suallar səsləndiriblər. Görüş iştirakçıları seçkiqabağı təşviqatın aparılması üçün siyasi partiyalar, müstəqil namizədlər tərəfindən internetdən istifadə edilməsində artan fəallıq barədə fikir mübadiləsi aparıblar.

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevlə görüşdə növbədənkənar seçkilərlə bağlı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin qısamüddətli monitorinq mərhələsində Azərbaycan Respublikasının indiki Parlamentində yüksək təmsilçilik səviyyəsinə malik olan partiyaların seçkiqabağı qərargahlarının rəhbərliyi ilə görüşlər barədə razılıq əldə edilib.

Görüşlərin nəticələrinə görə MDB PA DİMBİ Bakı filialında işçi müşavirə keçirilib, müşavirə gedişində uzunmüddətli monitorinq mərhələsində DİMBİ Bakı filialının ekspertləri və əməkdaşlarının regionlarda, o cümlədən Gəncə, Mingəçevir, Samux, Şəmkir, Lənkəran, Astara, Lerik, Masallı şəhərləri və ətraf rayonlarda bir sıra yaşayış məntəqələrini əhatə edən fəaliyyət planı təsdiq edilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo