Siyasət

"Məhbusa qarşı edilən bu hərəkət cinayətdir" - Hüquq müdafiəçisi

21 May, 2019
499
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov şöbəsinin həbsdə olan sədri Babək Həsənov mayın 19-da qardaşı Cavid Həsənovla görüşüb. 

Cavid Həsənov Meydan.Tv-yə deyib ki, Babək Həsənov ona fiziki işgəncəyə məruz qalmasa da, müəssisənin əməliyyat rəisi tərəfindən ləyaqətinin alçaldıldığını söyləyib: "Babək dedi ki, fiziki işgəncələr olmasa da, insan ləyaqətini alçaldan hərəkətlər etdilər”.

Hadisə ilə bağlı mayın 20-də Penitensiar Xidmət ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb.

Açıqlamada deyilir: "Bəzi sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Babək Həsənova işgəncə verilməsi, yaxud onun cərimə təcridxanasında saxlanılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Qüvvədə olan qanunvericiliyə əsasən, barəsində çıxarılan hökm qanuni qüvvəyə mindikdən sonra, o, istintaq təcridxanasından 6 saylı Cəzaçəkmə müəssisəsinə köçürülüb. Müəssisəyə qəbul edildikdən sonra Cəzaların İcrası Məcəlləsinin 71-ci maddəsinin və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının 11-ci bəndinin tələblərinə uyğun olaraq məhkum Babək Həsənov karantinə yerləşdirilmiş, zəruri maddi-məişət şəraiti ilə təmin olunub. Eyni zamanda B.Həsənova ailəsi ilə telefonla danışmaq imkanı yaradılmış və o, hazırda karantində saxlanıldığını, işgəncələrə və təzyiqlərə məruz qalmadığını bildirib”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə Toplum.tv-yə bildirib ki, məhbusa qarşı edilən bu hərəkət cinayət məsuliyyəti yaradır: "İşgəncə, qeyri-insani rəftar, həm bizim Cinayət Məcəlləmizdə, həm də beynəlxalq səviyyədə tanınmış cinayətdir. O cümlədən bütün beynəlxalq sənədlərdə qadağan olunmuş bir yanaşmadır. Ona görə hüquqi baxımdan addım atılmalı, işgəncə iddiası ciddi şəkildə, obyektiv və hərtərəfli qaydada araşdırılmalıdır. Sübut olunacağı təqdirdə də bu cinayətə səbəb olmuş şəxslər məsuliyyətə cəlb edilməlidir. Qanunun aliliyi prinsipi, ölkə qanunvericiliyi bunu tələb edir və burada ikinci yol yoxdur”.

Hüquq müdafiəçisi Babək Həsənov və vəkillərinin məsələni ən azından Avropa İnsan Haqları Məhkəməsi müstəvisinə çıxarıb ədaləti bərpa edə biləcəklərini deyib: "Fikirləşirəm ki, yəqin, Babək bəyin vəkilləri, özü də məsələni məhkəmə qaydasında da mübahisələndirəcəklər. Ən azından Avropa Məhkəməsində ədalət bərpa olunacaq. Onu da deyim ki, araşdırmadan imtina artıq bu halın baş verməsi kimi qiymətləndirilir. Avropa Məhkəməsinin təsdiq olunmuş praktikasında belədir”.
 
 
Rəsul Cəfərov 

Rəsul Cəfərov məhbusun cəzaçəkmə müəssisəsinə gətirilərkən aparılan prosedurların düzgünlüyü məsələsinə də toxunub: "Məhbus cəzaçəkmə müəssisəsinə gətiriləndə karsa salınmır. Əgər Penitensiar Xidmət deyibsə ki, o, dərhal karsa salınır, elə bir şey yoxdur. Kars, ümumiyyətlə, o vaxt tətbiq olunur ki, məhbus hansısa pozuntuya yol verir. Yəni bu pozuntular, əlbəttə ki, sübut olunmalı və əsaslandırılmalıdır. Məhbus cəzaçəkmə müəssisəsinə gətiriləndə konkret bir müddət var ki, həmin müddət ərzində onu karantində saxlayırlar. Amma karantin də kars deyil. Karantin tamamilə başqa bir anlayışdır. Karantində ona görə saxlanılır ki, məhbuslar cəzaçəkmə müəssisəsinə adaptasiya olunsunlar, hazırlansınlar və s. Yəni Babək Həsənov cəzaçəkmə müəssisəsinə gətiriləndə dərhal karsa salınıbsa, əsassızdır və tamamilə qanunsuzdur”.

AXCP sədrinin müavini Gözəl Bayramlı da Babək Həsənova qarşı atılan addımları qanunsuz sayıb: "Siyasi məhbus, Qarabağ qazisi Babək Həsənovla bağlı məlumatı biz də sosial şəbəkələrdən almışdıq. Təbii ki, çox narahat idik. Babək Həsənova yenicə köçürüldüyü 6 saylı Cəzaçəkmə Müəsisəsində işgəncə verilməsindən söhbət gedirdi. Hadisənin səhəri günü Babək Həsənovun ailəsi, qardaşı və xanımı 6 saylı Cəzaçəkmə Müəsisəsinə getdilər və Babəklə görüşdülər. Babək baş verən hadisə barədə öz fikrini qardaşına deyib və sosial şəbəkələrdə qardaşı Cavid Həsənli bu barədə məlumat yayıb”.
 
 
Gözəl Bayramlı  

Gözəl Bayramlı Babək Həsənova qarşı insan ləyaqətini alçaldan hərəkətlərə yol verilməsi ittihamına münasibət bildirərkən deyib ki, onun yoxlanılması zamanı qanundan kənar hərəkətlərə yol verilib: "Babək təhqir olunub, ona hədə-qorxu gəlinib. Yəni məsələ tam aydınlaşdı və partiya sədrimiz də hadisənin necə baş verməsi barədə məlumat yazdı. Biz hesab edirik ki, bu hadisə müəssisənin rəhbəri tərəfindən stimullaşdırılıb və onun tərəfindən Babəkə qarşı belə qanuna sığmayan, insan ləyaqətinin alçaldılması yönündə hərəkətlərə yol verilib”.

Babək Həsənov mayın 25-də həbs olunub. Ona qarşı Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Eltac Əlisoyla birgə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələrlə ittiham irəli sürülüb.

Şəhla Abbas


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo