11:28, 14 Avqust 2019 (Çərşənbə) 80

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
Bu il üçün Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.

Bu barədə "Report.az” xəbər verir.

Xəbərdə deyilir ki, Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.

Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.

Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.

Sentyabrın 29-da Məhrrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.