23:00, 14 İyun 2019 (Cümə) 146

Məhkəmə jurnalist barәsindә 4 aylıq hәbs qәtimkan tәdbiri seçib

Məhkəmə jurnalist barәsindә 4 aylıq hәbs qәtimkan tәdbiri seçib
İyunun 14-dә Sәbail Rayon Mәhkәmәsi iki gün әvvәl Dövlәt Tәhlükәsizlik Xidmәti tәrәfindәn şübhәli şәhs qismindә saxlanılmış xeberman.com saytın baş redaktoru Polad Aslanov barәsindә 4 aylıq hәbs qәtimkan tәdbiri seçib.

Mәhkәmәdә Polad Aslanov özünü tәqsirli bilmәdi vә hәbsini jurnalist fәaliyyәti ilә әlaqәlәndirdi.

Aslanov CM-nin 274-cü maddәsilә (dövlәtә xәyanәt) ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidməti dünәn, iyunun 13-dә yaydığı mәlumatda deyilir ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, "xeberman.com" və "press-az.com" informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılmışdır.

Müəyyən edilmişdir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirmiş, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmişdir. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürmüş, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılmışdır.

Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış etmişdir.

İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilmiş, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar vermişdir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Turan İA