12:05, 30 Yanvar 2019 (Çərşənbə) 463

Mehmanxanaların gəlirləri artıb

Mehmanxanaların gəlirləri artıb
2018-ci ildə Azərbaycanın mehmanxanalarında 3 milyon 2,6 min gecələmə keçirilib, bu da 2017-ci illə müqayisədə 15,9 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına görə, gecələmələrin 59,1 faizi Bakıda, 10,4 faizi Qəbələdə, 5,4 faizi Xaçmazda, 4,1 faizi Naftalanda, 3,8 faizi Qubada, 3,6 faizi Qusarda, 2,9 faizi Naxçıvan Muxtar Respublikasında, hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 0,8 faizi Lənkəranda, 8,1 faizi digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı əvvəlki ilə nisbətən 20,3 faiz artaraq 2 milyon 49,7 min olub. Gecələmələrin 13,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,3 faizi Rusiya, 8,8 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İran, 4,3 faizi Türkiyə, 4,2 faizi Hindistan, 3,8 faizi İsrail, 3,1 faizi Küveyt, 2,7 faizi İraq, hər biri üzrə 2,6 faiz olmaqla Böyük Britaniya və ABŞ, 2,5 faizi Pakistan, 2,4 faizi Qətər, 1,6 faizi Qazaxıstan, 1,3 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Ukrayna, 1 faizi Bəhreyn, 26,8 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb.

Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2017-ci illə müqayisədə 7,5 faiz artaraq 952,9 minə çatıb.

2018-ci ildə mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 26,3 faiz çox və ya 359,4 milyon manat olub.