10:50, 02 Noyabr 2018 (Cümə) 763

Məişət tullantıları üzrə plan təsdiqlənib

Məişət tullantıları üzrə plan təsdiqlənib
Prezident İlham Əliyev bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiyanı təsdiqləyib. 

2018-2022-ci illəri əhatə edən milli strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan İqtisadiyyat Nazirliyidir.

Strategiyanın məqsədləri bunlardır: bərk məişət tullantılarının yığılması xidmətlərinin bütün yaşayış və qeyri-yaşayış müəssisələrinə doğru genişləndirilməsi; çeşidlənib yeni məhsul əldə edilməsi xərc baxımından sərfəli olmayan və yeni ehtiyatların bərpasına sərf edilə bilməyən bütün tullantıların təhlükəsiz və səmərəli zərərsizləşdirilməsinin təmin edilməsi; ictimai təhsil, səmərəli ictimai maarifləndirmə kampaniyaları, yeni bərk tullantı sistemləri və bazarın inkişaf etdirilməsi vasitəsilə çeşidləmə, emal və tullantılardan təkrar istifadə yolu ilə ehtiyatların bərpa edilməsi potensialının artırılması; ictimai sağlamlığa və ətraf mühitə dəyən zərərin azaldılması məqsədilə potensial təhlükəli tullantıların xüsusi şəkildə idarə edilməsi; mənfi təsirləri azaltmaq məqsədilə ekoloji tələblərə cavab verməyən açıq zibilxanaların tədricən ləğv edilməsi.