10:13, 23 Sentyabr 2019 (Bazar ertəsi) 95

Məmmədyarov həmsədrlərlə görüşüb

Məmmədyarov həmsədrlərlə görüşüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 22-də Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət müzakirə edilib. Habelə, ümumilikdə münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivlərinin nəzərdən keçirildiyim bildirilir.

Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü gözlənir.

Bundan əvvəl də nazirlər bu ilin iyun ayında yenə ABŞ-da (Vaşinqton) görüşərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmışdılar.