17:46, 27 Fevral 2019 (Çərşənbə) 541

“Məmur biznesinin kökü kəsilməlidir” – Natiq Cəfərli

“Məmur biznesinin kökü kəsilməlidir” – Natiq Cəfərli
Son günlərdə maaş artımı ilə paralel qiymətlərin artması məsələsi də müzakirə mövzusuna çevrilib.

Martın 1-dən maaş və pensiyalara əlavələr olacaq. 

Amma ilin əvvəlindən başlayan qiymət artımları maaş və pensiyaları xeyli qabaqlayıb.

İqtisadçı Natiq Cəfərli deyir ki, qiymət artımının bir çox səbəbi var: "Son verilən qərarlar hələ tətbiq edilməyib, hələ camaat artan maaşları, müavinatları almayıb, amma qiymətlərin yüksəlməsi artıq başlayıb.

Hökumətin rəsmiləri həmişə bizə cavab verərkən deyirlər ki, ölkədə inhisarçılıq yoxdur, sanki inhisarçılar giriş qapılarına, "burada monopolistlər var", deyə yazı yazmalıdırlar. 
Deputatlar, məmurlar arqument kimi deyirlər ki, ölkədə onminlərlə ticarət nöqtəsi var, bu da inhisarçılığın olmadığını göstərir. Həmin onminlərlə ticarət obyektlərinə mal paylayan, xaricdən mal gətirən, burda qablaşdıran cəmi bir neçə, çox zaman da müxtəlif adlarla, amma eyni çevrəyə məxsus şirkətlər var. Yəni söhbət pərakəndə satışdan deyil də, ölkəyə mal gətirən və xaricdən xammal alıb burda yerli istehsal adı ilə qablaşdıran inhisarçılardan gedir”.

Ekspertin fikrincə, daha bir səbəb vergi və gömrük sahəsi ilə bağlıdır: "Vergiyə, gömrüyə ödənilən pul sonda qiymətin üzərinə gəlir, rüsum və vergi artımının son ödəyicisi həmişə alıcı-vətəndaşdır.  Maaş və müavinətlarin artımı yaxşı addımdır. Amma hələ azdır, çünki hökumət iki kəskin devalvasiyadan vətəndaşa dəyən ziyanı tam ödəməyib. 

Normal sistemlərdə maaş və müavinətlərin artımı inflyasiyanı sürətləndirməməlidir, ciddi basqı yaratmamalıdır. Çünki cəmi 1 milyard manata yaxın əlavə pul kütləsi bazara girəcək. Ticarət dövriyyəsi ildə 30 milyard manatdan çox olan məmləkətdə bu ciddi təsir yaratmamalıdır, amma inhisarçılıq və rəqabətsizlik qiymətləri yuxarı çəkir”.

Natiq Cəfərli hesab edir ki, hökumət Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalı, rəqabətli mühit yaratmalıdır ki, maaş və müavinat artımı inflyasiya basqısı yaratmasın. 
Bunu etmək üçun isə məmur biznesinin kökü kəsilməli, iri inisarçıların arxasında duran məmurlar iqtisadiyyatdan qovulmalıdırlar: "Hələ ki, bu addımı atmağa hökumətin siyasi iradəsi görünmür, deməli, qiymətlər artmaqda davam 

Uğur Fərzəli
Toplum.Tv