10:27, 13 İyun 2019 (Cümə axşamı) 44

"Mən demirəm Türkiyə S-400 alacaq, Türkiyə onları artıq alıb" - Ərdoğan



/ DÜNYA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Rusiyadan S-400 zenit raket komplekslərinin alınması məsələsinin bağlandığını təsdiq edib.

"TASS" xəbər verir ki, o bu bəyanatla Ankarada çıxış edib.

"Mən demirəm Türkiyə S-400 alacaq, mən deyirəm Türkiyə onları artıq alıb, bu bitmiş bir işdir. Onlar gələn ay göndəriləcək", - deyə Türkiyə lideri bildirib.