22:23, 10 Oktyabr 2019 (Cümə axşamı) 3788

"Məni vətəndaşlıqdan silin, belə yaşamaq istəmirəm" - VİDEO


 
Oktyabrın 10-da məcburi köçkünlər Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında etiraz edib.

Etirazın səbəbi onlara ev verilməməsidir. 
Etirazçılar bildirir ki,  komitənin sədri Rövşən Rzayev bir müddət əvvəl onlara «Qobu-Park» yaşayış kompleksinə köçürəcəklərinə söz verib, lakin sözünə əməl etməyib. 
Məcburi köçkünlərə deyilir ki, bir il sonra onlara Sumqayıtda ev veriləcək.

Nərgiz Absalamova