19:02, 30 Sentyabr 2019 (Bazar ertəsi) 4200

Mərkəzi Bank 200 milyon dollar gəlir əldə edəcək

Mərkəzi Bank 200 milyon dollar gəlir əldə edəcək
Azərbaycan Mərkəzi Bankı bu ilin sonuna qədər valyuta ehtiyatlarının idarə olunmasından 200 milyon dollar gəlir əldə edəcək.

Trend-in məlumatına görə, bunu qurumun sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov qeyd edib ki, hazırda yalnız bank sektorunun likvidliyini təmin etmək üçün bazara müdaxilə edilir.

Onun sözlərinə görə, AMB valyuta ehtiyatlarını getdikcə artırır və hazırda bu rəqəm 6 milyard dollardan çoxdur.