22:00, 05 Sentyabr 2019 (Cümə axşamı) 146

Mərkəzi Bank hərrac keçirib

Mərkəzi Bank hərrac keçirib
Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

Xəbəri Trend yayıb.

Məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda sentyabrın 3-də keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.