16:36, 25 İyul 2019 (Cümə axşamı) 84

Mərkəzi Bank yararsız pul nişanları ilə bağlı yeni qaydalar hazırlayıb

Mərkəzi Bank yararsız pul nişanları ilə bağlı yeni qaydalar hazırlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) "Tədavülə yararsız milli pul nişanlarının əlamətlərinin müəyyən edilməsi, dəyişdirilməsi və pulların ekspertizası Qaydaları” hazırlayıb.

Bu barədə "Report.az" məlumat yayıb.

Məlumata görə, qaydalar hazırda ölkənin maliyyə sektorunun təmsilçiləri və müstəqil ekspertlərlə müzakirə olunur. 

Yeni qaydalar saxta və həqiqi pulun fərqi, əsginasının yararlı olub-olmaması kimi məsələləri əhatə edir. Həmçinin yeni qaydalarda hansı həddə qədər yararsız olan pulların dəyişdirilməsi yaxud əvəzinin ödənilməsi məsələsi də qeyd olunacağı bildirilib.