20:25, 13 İyun 2019 (Cümə axşamı) 74

Məşhur məşqçi Təbriz komandasının baş məşqçisi olub

Məşhur məşqçi Təbriz komandasının baş məşqçisi olub


/ DÜNYA

İran Premyer Liqasında çıxış edən "Traktor" komandasının yeni baş məşqçisi müəyyənləşib. 

Bu barədə "Report.az" məlumat yayıb.

Məlumata görə, "Traktor" komandası türkiyəli Mustafa Denizliyə tapşırılıb. 70 yaşlı məşqçi bundan əvvəl Türkiyədə "Kasımpaşa" klubunda çalışıb. 

Mustafa Denizli 2013-2014 mövsümündə "Xəzər Lənkəran" klubunun baş məşqçisi olub.

Həmçinin o, İranın "Persepolis" və "PAS Tehran" komandalarına da rəhbərlik edib.