13:43, 26 Sentyabr 2019 (Cümə axşamı) 68

Messinin “Ən yaxşı futbolçu” seçilməsi ilə bağlı narazılıqlar davam edir

Messinin “Ən yaxşı futbolçu” seçilməsi ilə bağlı narazılıqlar davam edir


/ DÜNYA
FİFA-nın keçirdiyi "Ən yaxşı futbolçu” sorğusu ilə bağlı narazılıqlar davam edir.

APA xəbər verir ki, milli komandaların kapitanları və baş məşqçiləri, həmçinin jurnalistlərin iştirak etdiyi səsvermə ilə bağlı növbəti saxtakarlıq faktı üzə çıxıb.

Nikaraqua millisinin kapitanı Xuan Barreranın ardından Sudan yığmasının baş məşqçisi Zdravko Luqaroşiç də seçiminin FİFA tərəfindən düzgün hesablanmadığını açıqlayıb. O bildirib ki, ən yaxşı futbolçu kimi "Barselona”nın argentinalı hücumçusu Lionel Messiyə səs verməyib.

Z.Luqaroşiç 1-ci yerə "Liverpul”un misirli hücumçusu Məhəmməd Salahı layiq görüb. O, ikinci sırada Killian Mbappeni, üçüncü yerə isə Vircil van Deyki qoyub.

FİFA-nın səsverməsində Lionel Messi qalib gəlib. X.Barrera da ona səs vermədiyini açıqlasa da, FİFA nikaraqualının 1-ci argentinalını göstərdiyini hesablayıb.