Siyasət

"Mətbuat Şurası hakimiyyətin vəkili rolunu oynayır" - Mehman Əliyev

25 Oktyabr, 2019
507
"Oktyabrın 19-da Bakıda baş tutan etiraz aksiyası zamanı peşə fəaliyyətini icra edən jurnalistlər də təzyiq altında çalışıblar". 

Avropa Şurası aksiyanın keçirildiyi ərazidə internetin kəsilməsi və etirazları işıqlandıran jurnalistlərin xəsarət alması haqda narahatlığını ifadə edib. 

O, Azərbaycan hökumətini həbsdə qalan dinc etirazçıların sərbəst buraxılmasına və sərbəst toplaşma və ifadə azadlığını təmin edilməsinə çağırıb.

ATƏT-in verdiyi bəyanata isə münasibət birmənalı olmayıb. 

Mətbuat Şurasının (MŞ) sədri, deputat Əflatun Amaşov ATƏT nümayəndələrinin fikrini əsassız və qərəzli hesab edib: "Jurnalistləri üzərində «PRESS» yazılmış gödəkcələrdə olmağa, ikinciləri isə birincilərin mitinqi işıqlandırmalarına şərait yaratmağa çağırdıq. Bunu izləmək üçün Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvləri aksiya yerində oldular. Konkret mobil telefon nömrələri elan edildi və bildirildi ki, jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrlə əlaqə saxlaya bilərlər. Aksiya gedişində monitorinq qrupunun üzvlərinə müraciət edənlər də oldu. Ancaq müraciətlər jurnalistlərin aksiyanı işıqlandırmaları ilə bağlı ümumi mənzərəyə hər hansı təsir göstərmədi. Mənzərə isə bu idi ki, mitinqdə jurnalistlərin informasiya əldə etmələrinə şərait yaradılıb”.

 "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə Əflatun Amaşovun fikri ilə razlaşmır: "Ümumiyyətlə, Mətbuat Şurası hakimiyyətin mövqeyini müdafiə edir. Bu, onu göstərir ki, bu qurum hakimiyyətin vəkili rolunu oynayır".

"Bloger Mehman Hüseynov və başqalarını Azadlıq prospektindən aşağı - aksiya keçirilən yerə buraxmayıblar. Mitinq zamanı jurnalistlərə də məhdudiyyətlər qoyulurdu. Biz media olaraq belə olayları gündəmə çıxarır, beynalxalq təşkilatlar da məsələyə reaksiyasını verir. Eyni zamanda beynalxaq təşkilatlar bu məsələyə Mətbuat Şurasından daha ciddi yanaşır", - deyə Mehman Əliyev bildirib.

 Media hüququ üzrə ekspert Xalid Ağəliyev isə hesab edir ki, həmin gün Mətbuat Şurasının jurnalistlərə xüsusi geyim paylaması, gedişatı izləməsi müsbət haldır, ancaq yetərli deyil:
"Öz işini görən jurnalistin peşə fəaliyyətinə mane olmaq, onu geri itələmək, istismar etmək qəbuledilməzdir. Yayılan görüntülərə baxdıqda ATƏT-in verdiyi bəyanatı haqlı hesab edirəm. Polisin vəzifəsi ictimai asayişi qorumaq, jurnalistin vəzifəsi isə baş verənləri xalqa çatdırmaqdır. Bu baxımdan polisin peşə fəaliyyəti ilə məşğul olan jurnalistə etdiyi təzyiq yolverilməzdir".
 

Xalid Ağəliyev
 

Xalid Ağəliyev Mətbuat Şurasının ATƏT-in bəyanatını yersiz qiymətləndirməsini tərəfkeşlik hesab edir: "Azərbaycanda medianın müstəqil olması formaldır. Vəziyyət 20 ilə yaxındır ki, bu şəkildə kök salıb. Fikrimcə, yerli mətbuat hakimiyyətlə hesablaşmağa məcburdur. Həmin gün Mətbuat Şurasının jurnalistlərə xüsusi geyim paylaması, gedişatı izləməsi müsbət haldır, ancaq yetərli deyil. Öz işini görən jurnalistin peşə fəaliyyətinə mane olmaq, onu geri itələmək, istismar etmək yaxşı hal deyil”. 

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli də Mətbuat Şurasının mövqeyinə münsibət bildirib:  "Mətbuat Şurasının rəhbəri prosesin obyektiv keçdiyini, eyni zamanda ATƏT nümayəndələrinin yayılan videolara baxmadığını deyib. Fikrimcə, Əflatun Amaşov heç də bütün görüntüləri görməyib. Əgər bütün görüntülərə baxsaydı, görərdi ki, mediaya heç də yaxşı şərait yaradılmayıb, jurnalistlər basqı və qorxu altında fəaliyyət göstərməli olublar”. 
 

Ələsgər Məmmədli 
 

Hüquqşünas hesab edib ki, ATƏT-in bu baxımdan verdiyi bəyanat gerçək vəziyyəti əhatə edir: "Aksiya zamanı yayılan görüntülərə baxdıqda məlum olur ki, çox sayda jurnalist zorakılığa məruz qalıb. Hətta bəzilərinin qollarında göyərtilər var. Baxmayaraq ki, mitinq zamanı jurnalistlər fərqləndirici jilet geyinmişdilər, ancaq onlar polis tərəfindən hadisə yerinə buraxılmırdılar. Həmin gün Meydan TV-nin əməkdaşları, Toplum TV-nin 3 könüllüsü yaxalanmışdı. Onların hər birinin fərqləndirci nişanı vardı və üzərindəki sənədə və uniformaya baxılmadan saxlanılmışdı. Həmçinin ayrıca döyülən və təpiklənənlər də öz yerində. Mətbuat Şurası ATƏT-in açıqlamasını təkzib etməkdənsə, problemlərin mövcudluğunu, onların işıqlandırılmasını qəbul etsə, daha yaxşı hal olardı. Təbii ki, problemər vardı və əgər onları görməsək, heç zaman aradan qalxmaz. Mətbuat Şurası özünütənzimləyici qurumdur və jurnalistərə rahat, sərbəst mühitin yaradılması üçün əlindən gələni etməlidir. Mətbuat Şurasının hadisələrə ağ və ya qara yanaşması yolverilməzdir. Bu baxımdan problemlər açıq söylənməli, pozitiv hadisələr də varsa deyilməlidir". 

 Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo