12:55, 20 Avqust 2019 (Çərşənbə axşamı) 52

Metronun “Sahil” stansiyasında elektrik enerjisi kəsilib

Metronun “Sahil” stansiyasında elektrik enerjisi kəsilib
Avqustun 20-də  metronun "Sahil” stansiyasına elektrik enerjisinin verilməsində fasilə olub.

Bununla bağlı  "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi səbəb olub.

"Bu gün saat 10:55-də "Sahil” metrostansiyasına gələn elektrik xəttində gərginlik düşdüyü üçün stansiyada işıqlanma sistemi və eskalatorun fəaliyyəti dayandırılıb. Qısa müddət ərzində eskalatorun fəaliyyəti bərpa olunub. Sərnişinlərlə bağlı isə hər hansı problem yaşanmayıb. Ümumilikdə metrostansiyanın işıqsız qalma müddəti 2-3 dəqiqə, elektrik enerjisinə qoşulma isə 3-4 dəqiqə çəkib”, - B.Məmmədov əlavə edib.

QSC rəsmisinin sözlərinə görə, baş vermiş hadisə qatarların hərəkətinə ciddi təsir etməyib.