15:34, 08 Oktyabr 2019 (Çərşənbə axşamı) 86

"Metronun yanında bir kişi çıxmayıb ki, ona bir yumruq vurub qadını əlindən alsın"- Deputat

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aytən Mustafayeva  6-da oktyabr ailə-məişət münaqişəsi zəminində baş vermiş qətl hadisəsinə münasibət bildirib.

Bu barədə Report.az xəbər verib.

Xəbərə görə, Aytən Mustafayeva bildirib ki, ilə son dövrlərdə ailə zorakılığı artıb: "Ailə zorakılığı son dövrlər artıb. İki gün əvvəl "Avtovağzal” metrostansiyası yaxınlığında ər uşaqlarının gözü qabağında arvadını bıçaqlayıb. Kişilər bunu telefonla çəkiblər, hadisə uşaqların gözü qarşısında baş verib. Bir kişi çıxmayıb ki, ona bir yumruq vursun, qadını onun əlindən alsın”.

A.Mustafayeva deyib ki, başqa bir hadisə zamanı da bir şəxs metroda bir nəfəri bıçaqlayıb: "Heç olmasa, metroda insanların üzərində bıçaq olub-olmadığını polislər yoxlasın. Qanunvericilik təkmilləşdirilməli, sərtləşdirilməlidir. Bununla bağlı Milli Məclisin komitələrində müzakirə aparılmasına ehtiyac var. 

O qeyd edib ki, bir müddət əvvəl balta ilə qətlə yetirilən qadınla bağlı hadisəyə də münasibət bildirib. Ancaq bir müğənni sonradan çıxıb demişdi ki, yəqin ki, qadının nəsə günahı olub. "Bu, necə müğənnidir?!"- deyə A.Mustafayeva əlavə edib.