17:40, 19 Fevral 2020 (Çərşənbə) 147

Məzahir Pənahov: “Namizəd olmaq heç kəsə qanunu pozmaq hüququ vermir”

Məzahir Pənahov: “Namizəd olmaq heç kəsə qanunu pozmaq hüququ vermir”
"Namizəd olmaq heç kəsə qanunu pozmaq hüququ vermir”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 29 saylı Səbail Seçki Dairəsindən namizədliyi qeydə alınan Bəxtiyar Hacıyevin bir neçə gün əvvəl MSK-nın qapısını kəsərək, içəri keçmək istəyənlərə mane olmasına münasibət bildirərkən deyib.

"Heç kəs MSK-nın qapısını bağlayıb insanları içəri buraxmamaq hüququna sahib deyil. Bu cür məsələləri səsləndirmək lazımdır. Namizədlər də Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməlidirlər”, - deyə o qeyd edib.