10:39, 13 Avqust 2019 (Çərşənbə axşamı) 89

Milli Aerokosmik Agentliyində Aparat işçilərinin maaşları artırılıb

Milli Aerokosmik Agentliyində Aparat işçilərinin maaşları artırılıb
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Bu barədə "Report.az"xəbər verib.

Xəbərə görə, bununla bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:


 Sıra №-si  Vəzifələrin adı  Aylıq vəzifə maaşı (manatla)
 1.  Baş direktor, direktor  960
 2.  Baş direktorun birinci müavini  865
 3.  Baş direktorun müavini, direktorun müavini  770
 4.  Şöbə rəisi, elmi işlər fondunun müdiri, baş mühasib  650
 5.  Bölmə rəisi  610
 6.  Baş hüquq məsləhətçisi, baş mütəxəssis, mülki müdafiə üzrə qərargah rəisi  570
 7.  Qeyri-əsas şöbənin rəisi, aparıcı mütəxəssis  515
 8.  Mütəxəssis  460
 9.  Avtomobil sürücüsü  320

 10.  Kompüter operatoru, inspektor, xəzinədar  295             
 11.  Gözətçi, xadimə  260