21:56, 26 Sentyabr 2019 (Cümə axşamı) 277

Milli Kəşfiyyatın rəhbəri Trampa qarşı ifadə verib

Milli Kəşfiyyatın rəhbəri Trampa qarşı ifadə verib


/ DÜNYA
ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə sədrlik edən Adam Schiff Trampın kəşfiyyat nümayəndəsinin şikayətində təsvir edilən hərəkətlərini "mütəşəkkil cinayətkarlığın klassik şantajı” adlandırıb.

Azadlıq Radiosu xəbər verir ki, Schiff bu bəyanatı sentyabrın 26-da komitə dinləməsinin açılışında verib. 

Bu dinləmədə ABŞ Milli Kəşfiyyatının direktor əvəzi Joseph Maguire ifadə verməli idi.

Bundan az əvvəl isə kəşfiyyat nümayəndəsinin yazılı şikayətinin redaktə edilmiş variantı ictimaiyyətə açıqlanmışdı.

Şikayətdə iddia edilir ki, Tramp Ukraynadan 2020-ci il ABŞ prezident seçkisinə müdaxilə istəyib.

Trump hər hansı qanunsuzluğa yol verdiyini danır. O Tvitterdə yazıb:

"Burada impiçmentlik nəsə varmı? Qətiyyən yoxdur! Demokrat Respublikaçılar  partiyası və onun qoruduğu dəyərləri məhv etmək istəyirlər bir araya gəlin, onlara cavab verin, qətiyyətlə mübarizə aparın, Respublikaçılar. Vətənimizin talehindən söhbət gedir!”

Şikayət Trampla Zelenski arasında iyulun 25-də telefon söhbətinin məzmunundandır. Bu telefon söhbəti zamanı Trump Zelenskidən 2020-ci il prezident seçkisində onun rəqibi olacaq keçmiş demokrat vitse-prezident Joe Biden və onun oğlu Hunterin araşdırılmasını istəyib.

Hunter Ukraynada enerji şirkətlərindən birində işləyirdi.

Bidenlərin qanunsuzluğa yol verdiklərini göstərən heç bir dəlil açıqlanmayıb.

Maguire Konqres dinləməsində kəşfiyyat nümayəndəsinin şikayət yazmaqla "düzgün hərəkət” etdiyini deyib.

O bildirib ki, bu şikayət kəşfiyyatçının "ölkəyə bağlılığını, prezident andının nə demək olduğunu prezidentdən daha çox anladığını göstərib”.

Kəşfiyyatçının Trampla Ukrayna prezidenti Zelenski arasında telefon söhbətindən etdiyi şikayət hesabatında deyilir ki, bu danışıqda yer almış qanun pozuntusu, hakimiyyətdən sui-istifadə, barəsində təcili tədbir görülməli olan ciddi problemdir.

Bu şikayəti oxuyarkən şoka düşübmü sualına cavabında Maguire deyib ki, o sənəddəki iddiaların "mühümlüyünü tam mənasında bilib”.

Kəşfiyyat nümayəndəsinin şikayətində bu da iddia olunur ki, Ağ Ev rəsmiləri 25 iyul söhbətinin yazısını "gizlətməyə” çalışıblar. Bu danışığın 5 səhifəlik xülasəsi sentyabrın 25-də açıqlanıb.

Maguire habelə Senatın Kəşfiyyat Komitəsində qapalı ifadə verməyə hazırlaşır.