23:12, 08 Oktyabr 2019 (Çərşənbə axşamı) 328

Milli komandanın üzvü Tural Bayramlı Fransaya buraxılmayıb

Milli komandanın üzvü Tural Bayramlı Fransaya buraxılmayıb
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb. 

 AFFA bu barədə məlumat yayıb 

Bildirilib ki, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. 

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.
AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.