13:34, 18 Sentyabr 2019 (Çərşənbə) 57

Milli Məclis tibb işçilərinin haqqında qanun layihəsini müzakirələrdən çıxarıb

Milli Məclis tibb işçilərinin haqqında qanun layihəsini müzakirələrdən çıxarıb
Milli Məclis hazırlanma mərhələsində olan "Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsini müzakirələrdən çıxarıb.

Bu barədə parlamentin Səhiyyə komitəsinin  keçirilən iclasında Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova məlumat verib.

"Əhalinin sağlamlığının qorunması haqqında” qanunda bununla bağlı bir neçə maddə var. Məhz həmin maddələrin genişləndirilməsi məsləhət oldu” - o, deyib.

Parlamentdə "Pasiyentlərin və tibb işçilərinin hüquqarı haqqında” ayrıca bir qanunun qəbulu istənilirdi. Səhiyyə Nazirliyi ilə bağlı danışıqlar aparıldı, bildirildi ki, bu barədə ayrıca bir qanuna hazırda ehtiyac yoxdur. 

Mənbə: Report.az