17:22, 11 Sentyabr 2019 (Çərşənbə) 40

Milli Məclisdə hərbi qulluqçularla bağlı qanun layihəsi müzakirə ediləcək

Milli Məclisdə hərbi qulluqçularla bağlı qanun layihəsi müzakirə ediləcək
"Milli Məclisin payız sessiyasında "Daxili qoşunlar haqqında” və  "Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri  müzakirə ediləcək."

Bu barədə APA məlumat yayıb.

Məlumata görə, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

O, qeyd edib ki, cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin 10 iclası keçirilib, 17 qanun layihəsi plenar iclasa  tövsiyə olunub və qəbul edilib:  "Payız sessiyasında "Daxili qoşunlar haqqında”, "Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması  nəzərdə tutulub”.

"Daxili qoşunlar haqqında” ötən il Milli Məclisin yaz və payız sessiyalarının işlər planına salınsa da müzakirəyə çıxarılmamışdı.