15:34, 23 Sentyabr 2019 (Bazar ertəsi) 64

Milli Məclisin payız sessiyası başlayır

Milli Məclisin payız sessiyası başlayır
Gələn həftə - sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

Bu barədə "Report.az" xəbər verib.

Xəbərdə deyilir ki, parlamentin komitələri sentyabrın 11-dən fəaliyyətə başlayıb. 

Artıq ilk plenar iclasının gündəliyi də açıqlanıb. İclasın gündəliyinə 20 məsələ daxildir.

Bunlar "Məişət zorakılığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, "Peşə təhsili haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında”, "Uşaq hüquqları haqqında” Məktəbəqədər təhsil haqqında”, "Kinematoqrafiya haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Nəşriyyat işi haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Telekommunikasiya haqqında”, "Teatr və teatr fəaliyyəti haqqında”, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, "Əmək pensiyaları haqqında”, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanunlara dəyişiklik layihələridir.

Payız sessiyası dekabrın 30-dək davam edəcək.