10:52, 27 İyun 2019 (Cümə axşamı) 43

Milli Məclisin plenar iclası keçiriləcək

Milli Məclisin plenar iclası keçiriləcək
Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Bu barədə "Report.az” xəbər verir.

Xəbərdə bildirilir ki, iclasın gündəliyinə 49 məsələ daxildir.

İclasda əvvəlcə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" (üçüncü oxunuş), "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" (birinci oxunuş), "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" (birinci oxunuş) qanun layihələrinə baxılacaq.

Gündəliyə "Məhkəmələr və hakimlər haqqında", "Əmək pensiyaları haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında" qanunlarına, o cümlədən Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Miqrasiya, Vergi və Su məcəllələrinə dəyişiklik layihələri də daxildir.

Deputatlar "Lombardlar haqqında" qanun layihəsini də (birinci oxunuş) müzakirə edəcəklər.

Plenar iclasın davamı iyunun 28-də keçiriləcək.