01:24, 20 Fevral 2019 (Çərşənbə) 603

Milliyyətçi Gənclər Təşkilatının həbs olundu

Milliyyətçi Gənclər Təşkilatının həbs olundu
Milliyyətçi Gənclər Təşkilatının (MGT) İdarə heyətinin üzvü Zakir Kərimli fevralın 19-da mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Bu barədə MGT üzvləri Toplum.Tv-yə deyiblər. 

Onların sözlərinə görə, səhər saatlarında MGT İdarə heyətinin üzvü Zakir Kərimli oxuduğu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılıb. 

MGT-nin İdarə heyəti üzvü Müşviq Vəliyev "facebook" hesabında bildirib ki, saxlanıldıqdan ancaq bir neçə saat sonra Zakir Kərimli haqqında xəbər almaq mümkün olub.

Müşviq Vəliyev Zakir Kərimlinin həbsinin səbəbini onun ideoloji baxışı ilə əlaqədar olduğunu düşünür: "Çoxdandır ki, qaralamışdılar. Həm oxuduğu təhsil ocağında, həm də kənarda. Qismət bu günə imiş. Həbs olunduqdan bir neçə saat sonra öyrəndik ki, Yasamal Rayonu 28-ci Polis bölməsindədir. Həbsinin sifarişli olduğunu düşünürük”.

O deyib ki, Zakir Kərimli Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati qaydada həbs olunub.

Vüqar Mirzəbəy