15:19, 10 Sentyabr 2019 (Çərşənbə axşamı) 43

Milyarder vəzifəsini tərk edib

Milyarder vəzifəsini tərk edib


/ DÜNYA
Çinin elektron ticarət nəhəngi "Alibaba"nın qurucularından biri vəzifəsini tərk edib. 

"Report.az"ın verdiyi xəbərə görə Cak Manın yerinə Daniyel Zanq gələcək.

C.Ma 1999-cu ildən bəri texnologiya sahəsində əldə etdiyi uğurlar hesabına, təxminən, 40 milyard ABŞ dolları dəyərində sərvətə sahib olub.

Altı il bundan əvvələ qədər "Alibaba"nın həm də icraçı direktoru olmuş çinli sahibkar keçən il təqaüdə çıxıb müəllimlik edəcəyini açıqlamışdı.